Xaçmazda bal arısı yeşikləri OĞURLANDI  - FOTO
13 iyul 2022 15:12 (UTC +04:00)

Xaçmazda bal arısı yeşikləri OĞURLANDI - FOTO

Xaçmazda silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Nadir Şeydayev saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan və evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 2029 manat (ümumi dəyəri 1200 manatdan çox olan bal arısı yeşikləri, 650 manat dəyərində fındıq və 179 manat dəyərində kərə yağı)  zərər vurduğu müəyyən edilib.

Faktlarla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Nadir Şeydayev

# 1485
avatar

Mehman Nəbiyev

Oxşar yazılar