Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini, 43 yaşlı Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 41 yaşlı Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Lent.az-a Xaçmaz rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
***
18:38
Sentyabrın 8-də saat 17:30-da Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 43 yaşlı Turabova Aynurə Abdulla qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı, 41 yaşlı Turabov Şamil Mirzəbəy oğlunun xəsarətinin olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a verilən xəbərə görə, Ş.Turabov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.
Araşdırma aparılır.