Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Bağırov Elçin Elman oğlu bataqlıq ərazidən çıxarılıb.
O, at belində mal-qara axtararkən bataqlığa düşüb.
Onun axtarışlarına FHN-nin briqadaları, Niyazabad kənd sakinləri cəlb olunub.
Yalnız su hövzəsi boşaldıqdan sonra meyiti tapmaq mümkün olub.
***
08:54
Gecə saatlarında Xaçmazda 15 yaşlı yeniyetmə bataqlıqda batıb.
Lent.az xəbər verir ki, rayonun Niyazabad kəndində 15 yaşlı yeniyetmə Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.
Hadisə o öz atı ilə mal-qara axtararkən baş verib. Yeniyetmənin axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.