Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr təyinatı ilə bağlı əmr imzalayıb.
Lent.az xəbər verir ki, əmrə əsasən, Ucar rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-lentenantı İsmayılov Səbuhi Arif oğlu tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə o, Yevlax rayon Mühafizə Şöbəsinin rəisi təyin edilib.
S. İsmayılovun yerinə hələlik təyinat yoxdur.
Zahid Abışov