Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Lent.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Tural Nəzərov işdən azad olunub.
Digər əmrlə o, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rəis təyin edilib.