Vəzifəli şəxsləri  söyüb,   üstlərinə maşın sürdü
08 sentyabr 2021 18:12 (UTC +04:00)

Vəzifəli şəxsləri söyüb, üstlərinə maşın sürdü

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komisətisinin əməkdaşları müqavimətlə rastlaşıb.

Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, üçüncü şəxslər üçün mallar idxal edən "Fabrolık Tıkıntı" MMC-də nəzarət tədbirləri keçirilib. Lakin birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, sentyabrın 4-də həmin müəssisəyə aidiyyəti (qanuni təmsilçi və ya etibarnamə üzrə nümayəndə) olmayan Bəhlulov Osman İlqar oğlu Bakı Baş Gömrük İdarəsinin "İpəkyolu" gömrük postunda malların gömrük ərazisindən çıxarılmasına cəhd edib. Bu zaman O.Bəhlulov gömrük və vergi orqanı əməkdaşlarının birgə nəzarət tədbirlərinin həyata keçirilməsinə mane olub, vergi və gömrük orqanının vəzifəli şəxslərini təhqir edib, nəqliyyat vasitəsini vergi və gömrük əməkdaşlarının üzərinə sürərək gömrük postunun qarşısını bağlayıb və digər nəqliyyat vasitələrinin çıxışına maneə yaradıb.

O.Bəhlulovun qanunsuz hərəkətləri hüquq-mühafizə orqanlarının iştirakı ilə rəsmiləşdirilərək Səbail rayon Məhkəməsinə göndərilib və sentyabrın 6-da məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.

Qeyd edək ki, O.Bəhlulov bundan əvvəl də çoxsayda müəssisənin adına rəsmiləşdirilmiş üçüncü şəxslərə məxsus malların heç bir təmsilçilik hüququ olmadan gömrük ərazisindən çıxarılmasına cəhdlər edib.

Məlumat üçün bildirilməlidir ki, "Fabrolık Tıkıntı" MMC-də keçirilmiş operativ vergi nəzarəti zamanı müəssisənin rəhbəri dəvət edilib, araşdırma zamanı MMC-yə məxsus təsərrüfat subyektinin formal olaraq qeydiyyata qoyulduğu, riskli (əmtəəsiz) əməliyyatlar aparıldığı müəyyən edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bildirir ki, mövcud qanunvericiliyə əsasən, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin tələblərinin pozulmasına gətirir. "Kölgə iqtisadiyyatı"nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255

Oxşar yazılar

Maşın yüksək sürətlə gəlib 8 yaşlı qıza ÇARPILDI  -VİDEO

Maşın yüksək sürətlə gəlib 8 yaşlı qıza ÇARPILDI -VİDEO

31 mart 2025 , 11:26
Polisdən ƏMƏLİYYAT:  İran vətəndaşları saxlanıldı

Polisdən ƏMƏLİYYAT: İran vətəndaşları saxlanıldı

31 mart 2025 , 11:15
Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə piyada yolda CAN VERDİ

31 mart 2025 , 10:03
Gəncədə 76 yaşlı kişini  maşın vurub öldürdü

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 mart 2025 , 00:28
Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 mart 2025 , 22:01
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

30 mart 2025 , 18:45