İşğaldan azad olunmuş yerlərdə minaya düşərək ölən və yaralananların son statistikası açıqlanıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Vətən müharibəsi bitən gündən, yəni 2020-ci il noyabrın 10-dan bu günədək işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 23 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.