Vətən Müharibəsi qazisinin  evində yanğın oldu - FOTO
22 sentyabr 2021 22:04 (UTC +04:00)

Vətən Müharibəsi qazisinin evində yanğın oldu - FOTO

Zaqatala rayonunda fərdi yaşayış evində yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 19:18-də qeydə alınıb.

Rayonun Yuxarı Tala kənd sakini Ələddin Xaliddin oğlu Osmanova məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü 3 otaqdan ibarət fərdi yaşayış evində baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ev sahibi Ələddin Osmanovun oğlu Elvin Osmanov Vətən Müharibəsi iştirakçısıdır. E.Osmanov Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb.

# 1689
avatar

Oxşar yazılar

Abşeronda kişi özünü asdı  - FOTO

Abşeronda kişi özünü asdı - FOTO

25 aprel 2024 , 19:29
Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

25 aprel 2024 , 14:43
Xocalıda yeni insan qalıqları  tapıldı - VİDEO

Xocalıda yeni insan qalıqları tapıldı - VİDEO

25 aprel 2024 , 14:33