Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində “VAZ” və “Hyundai” markalı iki minik avtomobili toqquşub.
Lent.az xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 59 yaşlı Rüstəmov Abdulxaliq Mamed oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.