Polşanın Tomislavitse şəhərindəki uşaq evində ölənin və yaralıların olduğu qətliam baş verib: 19 yaşlı oğlan 16 yaşlı sevgilisini öldürüb, 13 nəfəri yaralayıb.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, onun qurbanları arasında digər yetimlər və 42 yaşlı müəllim də var.
İstintaqın məlumatına görə, oğlan sevgilisinin onun üçün açdığı pəncərədən uşaq evinə daxil olub. Yeniyetmələr arasında ünsiyyət zamanı münaqişə yaranıb və daha sonra oğlan qızı öldürüb. Faciənin səbəbi münasibətlərin pozulması ola bilər, çünki cütlük uzun müddət görüşürmüş.
Qatil olduğu iddia edilən şəxs hadisə yerindən qaçmağa çalışıb və daha 13 nəfəri yaralayıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib. Qurbanların ən kiçiyinin 8 yaşı, ən böyüyünün 42 yaşı var, bu uşaq evinin tərbiyəçisidir.
Oğlan məhkəmədə uşaq evinə pəncərədən girdiyini etiraf edib. Prokurorluqda onun qətli və beş adamı öldürməyə cəhdi etiraf etdiyini bildiriblər.
Məlumata görə, öldürülən və təcavüzkar yaxşı oxuyublar. Qız əlaçı olub. Hadisəni törədən təhsil aldığı müəssisədə tələbə şurasının vitse-prezidenti olub və bu ilin mart ayında məktəb müsabiqəsində fərqlənmə diplomu alıb,
Məhkəmədə günahı sübuta yetirilərsə, oğlanı ömürlük həbs gözləyir.

Uşaq evində DƏHŞƏT: sevgilisini öldürdü: 13 nəfəri yaraladı
Oxşar yazılar

Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12