Ukraynada  azərbaycanlı biznesmenin   evinə raket düşdü: 3 nəfər öldü - YENİLƏNİB
05 mart 2022 14:24 (UTC +04:00)

Ukraynada azərbaycanlı biznesmenin evinə raket düşdü: 3 nəfər öldü - YENİLƏNİB

Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır. Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında Fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir.

Lent.az bildirir ki, bu barədə APA-ya Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox azərbaycanlı Xarkov şəhərindən təxliyə edilib.

“Ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır. Çerkaskie Tişki gəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın Fəxri konsulluğu kənd administrasiyası ilə daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir", - qeyd olunub.

***

13:41

Ukraynada azərbaycanlı ailənin 3 üzvü həlak olmasının bəzi təfərrüatı açıqlanıb. 

Bu barədə Lent.az-a Ukrayna Azərbaycanlıları Radasından (UAR) məlumat verilib. 

O bildirib ki, Xarkovda yaşayan azərbaycanlı ailəsinin yaşadığı evə raket zərbəsi endirilib:

“Xarkovada raket zərbəsdi nəticəsində bir ailədən 3 nəfər həlak olub. Onlar ev sahibi, onun həyat və qayınansıdır. Onların 3 uşaqları qalıb. Ev sahibi Xarkovda bizneslə məşğul olurdu. Həlak olan iş adamı, 52 yaşlı Emin Mahmudovdur".

***

12:51

Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.

Lent.az bildirir ki, bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.

“Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur”, - Mahmud Qurbanov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9729

Oxşar yazılar

Gəncədə qazi intihara cəhd  etdi

Gəncədə qazi intihara cəhd etdi

24 aprel 2025 , 18:53
Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ:  körpə öldü - YENİLƏNİB

Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ: körpə öldü - YENİLƏNİB

24 aprel 2025 , 17:52
140 yumurta oğurladı:  7 il həbs cəzası  verildi

140 yumurta oğurladı: 7 il həbs cəzası verildi

24 aprel 2025 , 16:35
Qubada it  məktəblinin başını   yedi -YENİLƏNİB

Qubada it məktəblinin başını yedi -YENİLƏNİB

24 aprel 2025 , 16:10
Əvəz Zeynallı ilə bağlı YENİ MƏHKƏMƏ

Əvəz Zeynallı ilə bağlı YENİ MƏHKƏMƏ

24 aprel 2025 , 16:06
Bakıda ŞOK OĞURLUQ:  qəbirləri qazıb qızıl dişləri oğurladı

Bakıda ŞOK OĞURLUQ: qəbirləri qazıb qızıl dişləri oğurladı

24 aprel 2025 , 15:25
Ukrayna onu Azərbaycana təhvil verdi

Ukrayna onu Azərbaycana təhvil verdi

24 aprel 2025 , 14:57
İsmayıllıda zəlzələ  oldu

İsmayıllıda zəlzələ oldu

24 aprel 2025 , 14:45