Ucarda minik maşını traktorla toqquşdu, yaralılar var
22 noyabr 2025 12:56 (UTC +04:00)

Ucarda minik maşını traktorla toqquşdu, yaralılar var

0

Ucarda yol qəzası olub.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai Elantra" markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 61 yaşlı Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 32 yaşlı Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 96

Oxşar yazılar