Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə "VAZ 2107"-nin sürücüsü, 1966-cı il təvəllüdlü Cahangir Heydər oğlu Temirov aldığı müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.