Prokurorluq Ucarda baş verən uşaq ölümü ilə bağlı araşdırmalara başlayıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Rüfət İsmayılov ehtiyatsızlıqdan evin həyətindəki su ilə dolu hovuza yıxılıb. Nəticədə azyaşlı boğularaq ölüb.
Həmin faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırmalara başlanıb.
***
saat 00:39
Ucarda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Nəzarətsiz qalan 2019-cu il təvəllüdlü Rüfət Dəyanət oğlu İsmayılov hovuzda boğularaq ölüb.
Fakt araşdırılır.