Ağdamda intihar hadisəsi olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ballar kəndində qeydə alınıb. Kənd sakini olan 23 yaşlı İradə Siyavuş qızı Əliyeva özünü asaraq intihar edib.
İ.Əliyeva ailəli olub, üç övladı qalıb.
İntiharın onun atası evində baş verdiyi bildirilib.