Nərimanov rayon ərazisində yerləşən bir ofisdən 20000 manat dəyərində inşaat materialları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş E.Ənnağıyev, Salyan rayon sakini əvvəllər məhkum olunmuş B.Hacıyev və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş V.Ələsgərov saxlanılıb.