Türkiyənin Karaman bölgəsində yaşayan azərbaycanlı qadın bıçaqlanıb.
Lent.az ölkə mediasına istinadən xəbər verir ki, iddiaya görə, yaralanan Ülkər A. evdə birlikdə yaşadığı adı açıqlanmayan bir nəfər ilə dalaşmağa başlayıb. Dava sonunda qolundan və boynundan bıçaqlanan qadın polisə zəng edərək kömək istəyib.
Xəstəxanaya yerləşdirilən azərbaycanlı qadının hazırda vəziyyəti yaxşıdır.
Polis isə hadisəni törədən şəxsi axtarmaq üçün araşdırmalara başlayıb.