“Turan Tovuz” Gürcüstana getmək üçün borc aldı – 50 min manat
20 iyul 2022 19:59 (UTC +04:00)

“Turan Tovuz” Gürcüstana getmək üçün borc aldı – 50 min manat

“Turan Tovuz” təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb.

Lent.az xəbər verir ki, 9 illik fasilədən sonra Premyer Liqaya qayıtmış qərb klubu qonşu ölkədə 10 gün qalacaq, 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Əyalət təmsilçisi respublikanın sərhədini borc alaraq adlayıb.

Tovuzun icra başçısı Məmməd Məmmədov səfərin baş tutması üçün şəxsi büdcəsindən 50 min manat ödəyib. Bu məbləğin bir hissəsi də klubun gündəlik xərcləri üçün ayrılıb.

AFFA “Turan”ı elitaya qaytarmaqla bağlı qərarı mayda verib. Aradan 2 aydan artıq vaxt ötsə də, federasiya digər klublar kimi, “Turan”a da vəsait ayrılması prosesini yubadır.

İyunun 19-dan bir araya gələn bölgə təmsilçisi bugünədək ayrı-ayrı fərdlərin hesabına çalışmalarını davam etdirib (sportinfo.az).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Oxşar yazılar