Tuneldə qəza baş verdi, yolda sıxlıq yarandı
06 sentyabr 2023 15:26 (UTC +04:00)

Tuneldə qəza baş verdi, yolda sıxlıq yarandı

Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatın İntellektual İdarə Mərkəzindən Lent.az-a verilən xəbərə görə hadisə nəticəsində  metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Bununla yanaşı, Ziya Bünyadov prospekti və Azadlıq prospektlərinin kəsişməsində yolda texniki nasaz avtomobilin qalması da sıxlığın yaranmasına səbəb olub. Hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238

Oxşar yazılar