Traktor 32 yaşlı kişinin üstünə aşdı
05 may 2021 17:21 (UTC +04:00)

Traktor 32 yaşlı kişinin üstünə aşdı

Sabirabad rayon sakininin üstünə traktor aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaraqaşlı kənd sakini, 32 yaşlı Səmədov Arif İlyas oğlu traktoru idarə edərkən onu aşırıb. Bu zaman traktordan tullanmaq istəyərkən traktor onun üstünə aşıb. Traktorçu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

 

# 2892
avatar

Oxşar yazılar