Toydan içkili gəlib arvad-uşağını döydü,  həbs olundu
11 aprel 2026 17:15 (UTC +04:00)

Toydan içkili gəlib arvad-uşağını döydü, həbs olundu

0

Ağstafada arvad-uşağını döyən kişi həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Q. Kərəm kəndində qeydə alınıb.

Kənd sakini olan 47 yaşlı Firdovsi Məcidov (ad və soyad şərtidir) toydan sərxoş halda evə qayıdıb və qızının telefonla oynadığını görüb. Qızından niyə telefonla oynadığını və dərsləri ilə məşğul olmadığını soruşub. Bundan sonra ailəsinə qarşı təhqir işlədib və arvad-uşağını döyüb. Hadisə zamanı onun həyat yoldaşı qonşunun evinə gedib. Bundan hiddətlənən Firdovsi həmin qonşunun qapısına gedərək darvazanı döyməyə və uca səslə arvadını çağırmağa başlayıb.

Məlumata görə, onun arvadı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək ərinin ailəsinə qarşı şiddət göstərdiyini bildirib. Çağırış üzrə əraziyə gələn polis əməkdaşları Firdovsini şöbəyə apararaq barəsində inzibati protokollar tərtib olunub. Qeyd olunur ki, Firdovsi əvvəlcə polisin qanuni tələbinə tabe olmaq istəməyib.

Firdovsi Məcidov məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə o 12 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar