Ucar sakini qonşusunu bıçaqlayıb.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində baş verib.
Kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.
Kənd sakini, 51 yaşlı Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 60 yaşlı Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqlayıb.
Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.