Türkiyədə intihar hadisəsi baş verib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Belə ki, Ahmet Taşan adlı şəxs toyda yallı rəqsi edən keçmiş sevgilisi Kader T-ni güllələyib. Daha sonra isə o eyni silahla intihar edib.
Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Ağır yaralanan Kader T.-yə xəstəxanada tibbi yardım göstərilib. Ahmet Taşan isə ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.