Xəbər verdiyimiz kimi, bu gün Yevlaxda 33 yaşlı diş həkimi iş otağında özünə qəsd edib. Daha dəqiq desək, qapıdan özünü asıb.
Lent.az hadisə ilə bağlı bəzi təffərrüatlar əldə edib.
Əldə etdiyimiz məlumata görə, fərdi qaydada stomatoloq işləyən Nicat Əjdərli rayonda hörmətli şəxslərdən olub.
Onun tanınmış nəsildən olduğu deyilir. N..Əjdərli həm də bir zaman Gəncəyə rəhbərlik etmiş Elmar Vəliyevin qohumudur.
Nicat Əjdərlinin nəsli mömün insanlar kimi tanınır. Onun əmisi Hacı Valeh isə Mingəçevirdə yüksək vəzifəyə sahibdir. Bildirildiyinə görə, Nicatın qardaşının bu günlərdə toyu olacaqmış. Toya hazırlaşan qohumlar indi yas məclisi qurublar.
Əldə etdiyimiz xəbərə görə, diş həkimi bəzi zamanlarda əsassız olaraq narkotik istifadəsində ittiham olunub. Ancaq Yevlax sakinləri onun heç zaman narkotikdən istifadə etmədiyini və üzərində narkotik aşkarlanmadığını deyiblər.
Bu ittihamlardan usanan diş həkiminin özünə qəsd etdiyi güman edilir.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
09:25
Yevlaxda 33 yaşlı kişi intihar edib.
Lent.az xəbər verir ki, rayonda fərdi qaydada stomatoloq işləyən 1990-cı il təvəllüdlü Nicat Əjdərli yaşadığı evin birinci mərtəbəsində yerləşən fəaliyyət göstərdiyi stomatoloji kabinetdə özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.