Toy karvanında TƏHLÜKƏLİ ANLAR:  9 "avtoş" tutuldu
17 mart 2023 16:13 (UTC +04:00)

Toy karvanında TƏHLÜKƏLİ ANLAR: 9 "avtoş" tutuldu

0

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuloqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib. Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdirilib.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2072

Oxşar yazılar