Tovuzda su anbarında batan şəxsin meyiti tapılıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Aşağı Öysüzlü kənd sakini 37 yaşlı Baxşəliyev Zabit Paşa oğlunun cəsədi nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Z. Baxşəliyev mayın 23-də Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batıb.