Tovuzda qəza: Sürücü  xəstəxanalıq oldu
05 avqust 2022 20:12 (UTC +04:00)

Tovuzda qəza: Sürücü xəstəxanalıq oldu

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki. hadisə rayonun Eldəniz Quliyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2345” markalı minik maşının sürücü idarəetməni itirib.

Nəticədə “VAZ” markalı minik maşını yolun kənarında dayanan “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza zamanı “VAZ”ın sürücüsü - rayonun Düz Cırdaxan kənd sakini 1975-ci il təvəllüdlü Abbasov Vüqar xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
 

# 1455
avatar

Oxşar yazılar