Sankt-Peterburqda ticarət mərkəzində azyaşlı qız oyun sahəsində yaralanıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə dekabrın 4-də axşam saatlarında Planernaya küçəsində yerləşən “Leo Mall” kompleksində baş verib.
9 yaşlı uşağını əylənməyə gətirən ana vaxt keçirtmək üçün özü ilə trikotaj dəsti götürüb. Qəflətən qızı onun gətirdiyi bağlamanın üzərinə yıxılıb.
Bağlamada olan toxuculuq iynəsi məktəbli qızın böyrünə girərək ağ ciyərini deşib.
Hazırda yaralı, Müqəddəs Məryəm Maqdalena xəstəxanasındadır, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.