Göyçay bazarında qəza
23 iyun 2021 16:14 (UTC +04:00)

Göyçay bazarında qəza

"Təzə Bazar"da QƏZA: maşın piştaxtaların üstünə çıxdı və...

Göyçay rayonunda bazarda qəza baş verib, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərindəki "Təzə Bazar"da qeydə alınıb. "VAZ 21099" markalı minik avtomobili bazarın içərisində hərəkət edərkən qəflətən idarəetmənin itməsi səbəbindən maşın piştaxtaların üstünə çıxıb, satıcı və alıcılar yüngül xəsarət alıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan 1974-cü il təvəllüdlü Qocayeva Səbirə Məcid qızı və digər qadın Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə vaxtı bazarda qorxu və həyəcan keçirən insanlara həkimlər tərəfindən tibbi yardım göstərilib. Araşdırma zamanı məlum olub ki, sürücü hadisəni qəsdən törətməyib. Avtomobili idarə edərkən onun ayağında çəkələk olub. Sürücünün ayağından çıxan çəkələk avtomobilin qaz əyləcinə keçib, nəticədə avtomobilin sürəti qəflətən artdığı üçün hadisə baş verib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

# 2160
avatar

Oxşar yazılar