Bakıda tələbəni hədələyib, külli miqdarda pul tələb ediblər.
Lent.az-ın əldə etdiyi məlumata görə, Sevinc Əliyeva polisə müraciət edərək Əlixan Məhərrəmlinin Türkiyə vətəndaşı Hakan adlı şəxslə əlbir olaraq onu Türkiyədə təhsil aldığı universitetdən qovduracağı ilə hədələyərək 20 min dollar pul tələb etdiyini bildirib.
Daxil olan şikayət əsasında Yasamal rayon polis idarəsi tərəfindən araşdırmalara başlanılıb.