Təhsilsiz plastik cərrahla  bağlı QALMAQAL:  cərimə olundu
05 iyun 2025 16:48 (UTC +04:00)

Təhsilsiz plastik cərrahla bağlı QALMAQAL: cərimə olundu

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə ([email protected]) bundan əvvəl də daxil olmuş vətəndaş müraciəti əsasında “Mayomed” özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb.

Bu barədə Lent.az-a AEM-dən məlumat verilib.

Bildirilib ki, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub.

Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib.

Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar