Təbrizdə daha bir milli fəal həbs edildi - FOTO
19 yanvar 2023 12:27 (UTC +04:00)

Təbrizdə daha bir milli fəal həbs edildi - FOTO

Təbrizdə daha bir milli fəal saxlanılıb.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Təbrizdə yaşayan milli fəal Əmir Səttari yanvarın 17-də həbs edilib.

Əmir Səttari daha öncə Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən "sosial mediada telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək" ittihamı ilə günahkar bilinərək 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.

Əmir Səttari ötən il avqustun 11-də Təbrizin mərkəzi zindanına köçürülmüş və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Oxşar yazılar