Tanınmış vəkillə  bağlı şikayət əsasında cinayət işi açıldı
11 mart 2026 17:42 (UTC +04:00)

Tanınmış vəkillə bağlı şikayət əsasında cinayət işi açıldı

0

Vəkil Cavidan Osmanlı ilə bağlı edilən şikayət əsasında fakt üzrə cinayət işi başlanılıb.

Lent.az-ın APA-ya istinadən  verdiyi məlumata görə, zərərçəkən Aygün Məhərrəmova dələduzluğa məruz qalması iddiası ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. İddiaya görə, o, ötən ilin iyul ayında apellyasiya məhkəməsində gedən işində hüquqlarını müdafiə etməsi üçün vəkil Cavidan Osmanlı ilə tanış olub. İddia olunub ki, C.Osmanlı A.Məhərrəmovaya məxsus mənzilin Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə qaytarılacağı vədini verərək ondan 21 min 200 manat pul alıb və ona məhkəmənin adından saxta icra vərəqəsi təqdim edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddəsi ilə cinyət işi başlanılıb.

Zərərçəkənin vəkili İmran Ələkbərov məlumatı APA-ya təsdiq edib.

Qeyd edək ki, 2024-cü ilin sentyabrında vəkil Cavidan Osmanlıdan edilən şikayət üzrə Pirallahı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İttihama görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 708

Oxşar yazılar