İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən rayonun Borsunlu kənd sakini Emin Qasımov saxlanılıb.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olmağa cəhd etdiyinə görə E.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Talış kəndi
Talış kəndinə gizli getmək istəyi baş tutmadı - FOTO
Oxşar yazılar

Atasının dalaşdığını görən uşaq qəfil öldü
16 avqust 2025 , 15:46
Narkotik çəkib polisə tabe olmadı, həbs olundu
16 avqust 2025 , 15:09
Sumqayıtda silsilə oğurluqlar edənlər saxlanıldı
16 avqust 2025 , 13:38
Qubada 36 yaşlı kişi YOXA ÇIXDI
16 avqust 2025 , 13:01
Bakıda evləri qarət edənlər tutuldu
16 avqust 2025 , 12:43
5 yaşlı uşaq 9-cu mərtəbədən yıxılıb öldü
16 avqust 2025 , 12:08
Şamaxıda 15 yaşlı qız nişanlandı - Polis atasını cəzalandırdı
16 avqust 2025 , 11:38