“Taliban” vədinə xilaf çıxdı: ZABİT ÖLDÜRÜLDÜ
15 sentyabr 2021 22:29 (UTC +04:00)

“Taliban” vədinə xilaf çıxdı: ZABİT ÖLDÜRÜLDÜ

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” üzvləri qarşı tərədə döyüşənlərin əfv ediləcəyinə dair vədə baxmayaraq Hərbi Hava Qüvvələrinin keçmiş zabitini öldürüblər.

APA xəbər verir ki, bu barədə RİA Növösti-yə Əfqanıstandakı mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl “Taliban” əvvəlki hökumətə sadiq olan və ordu da daxil olmaqla hər kəsin əfv olunacağını vəd etmişdi. Hətta “Taliban” sözçüsü Zabiullah Mücahid xarici qüvvələrlə işbirliyi quran əfqanların da bağışlanacağını bildirmişdi. “Wall Street Journal”ının dərc etdiyi xəbərə görə, vəd edilmiş amnistiyaya baxmayaraq, hərbçilər özlərinin və ailələrinin təhlükəsizliyindən qorxaraq ölkəni tərk etməyə üstünlük verirlər.
 

# 1776
avatar

Oxşar yazılar