Türkiyənin İstiqlal küçəsində terror aktı həyata keçirən qadının kimliyi açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.
6 nəfərin ölümünə, 81 nəfərin yaralanmasına səbəb olan qadının yeri 10 saat içərisində müəyyən edilərək evində saxlanılıb.
Məlum olub ki, Suriya vətəndaşı olan qadının adı Əlham Əlbəşirdir.
Sorğu-sual zamanı o, deyib ki, PKK, PYD və YPG terror təşkilatı tərəfindən xüsusi təyinatlı kəşfiyyatçı kimi təhsil alıb.
Əlham Türkiyəyə Afrin bölgəsindən qaçaq yollarla gəlib. Qadın ifadəsində cinayəti etiraf edib.
İstanbul Polis İdarəsi mətbuatın diqqətinə çatdırıb ki, araşdırmalar davam edir və əlavə məlumatlar veriləcək.
Qeyd edək ki, bu terror aktına görə, Türkiyə polisi 21 məkana basqın təşkil edərək, 46 nəfər saxlayıb.