Polis taksi sürücülərinə qarşı dələduzluq edən şəxsi yaxaladı
Xızı RPŞ-nin əməkdaşları taksi sürücülərinə qarşı törədilən dələduzluq faktının üstünü açıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.a-a verilən məlumata görə vətəndaşlardan daxil olan müraciətlər əsasında Elnur Əsgəroğlu saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs ayrı-ayrı vaxtlarda taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və daha sonra təyin olunan taksi sürücüləri ilə telefon ilə əlaqə saxlayaraq onları Xızı rayon Mərkəzi Xəstəxanasına yönləndirib. Daha sonra isə sürücülərə zəng edərək onlardan getdikləri yerdə 630 manat bir, 55 manat bir və 40 manat-da bir ödəniş etmələrini xahiş edib və bunun üçün onlara iki ədəd bank hesabı nömrəsi göndərib. İşi yekunlaşdırandan sonra isə sifariş sona çatanda ödədikləri məbləği və yol pulunu onlara qaytaracağını vəd edib. Lakin, sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Qeyd edək ki, təqsirləndirilən şəxs bundan başqa da ayrı-ayrı vaxtlarda taksi sürücülərinə qarşı eyni əməli törədib. Bütün toplanmış materiallar əsasında E.Əsgəroğlu barəsində İXM-nin müvafiq maddəsilə protokol tərtib olunub.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Daxili İşlər Nazirliyi
Taksi sürücülərini belə aldatdı

Oxşar yazılar

FHN-in humanitar yardım təyyarəsi Türkiyəyə yola düşdü -FOTO
8 fevral 2023 , 02:54
Hərbi həkimlərimiz Kahramanmaraşda
8 fevral 2023 , 02:40
Kişi uşağının və qayınanasının üstünə qaynar su tökdü
8 fevral 2023 , 02:20Türkiyəyə daha bir yardım karvanı yola düşdü -FOTO
8 fevral 2023 , 01:15
Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı rəngində işıqlandırldı
7 fevral 2023 , 22:32
Yolu keçən kişini maşın vurdu
7 fevral 2023 , 21:31
Türkiyədən azərbaycanlıları gətirən 2 avtobus yola düşüb
7 fevral 2023 , 20:10