Sürücü yol qəzasında öldü - VİDEO
28 may 2021 16:57 (UTC +04:00)

Sürücü yol qəzasında öldü - VİDEO

0

Lənkəranda baş vermiş yol qəzasında sürücü ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol qəzası Şirinsu kəndində qeydə alınıb.

“Subaru” markalı avtomobilin sürücüsü 1964-cü il təvəllüdlü Surəddin Mirzağa oğlu Həmzəyev idarəetməni itirib, avtomobil “Mercedes” markalı minik maşını ilə toqquşub, sonra isə aşıb.

Nəticədə sürücü hadisə yerindəcə keçinib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2646

Oxşar yazılar