Moskvanın şərqində yol polisi müfəttişinin saxladığı sürücü təsadüfən ona tapança olan çanta göstərib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, paytaxtın yol polisi idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, avtomobil gecə saatlarında Sayanskaya küçəsində saxlanılıb.
Müfəttiş sürücüdən sənədlərini təqdim etməsini istəyəndə o, vəsiqəsi ilə birlikdə silah olan çantasını açıb. Polis məmuru çantanın içinə baxmağı tələb edib, daha sonra sürücü qaçmağa başlayıb.
Çantada iki tapança və üç patron aşkar edilib.
Sürücü saxlanılaraq nəzarətə götürülüb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi ilə qanunsuz silah dövriyyəsi maddəsi ilə cinayət işi açılıb.