Sürücü qəzada öldü - FOTO
01 may 2021 14:02 (UTC +04:00)

Sürücü qəzada öldü - FOTO

Beyləqanda sürücünün ölümü ilə nəticələnən avtoqəza baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumatda bildirilib ki, rayonun Qəhrəmanlı qəsəbəsi ərazisində Kəlbəcər rayon sakini Ağasif Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub. Qəza nəticəsində ağır xəsarət alan sürücü hadisə yerində ölüb.

Fakta bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

# 1713
avatar

Oxşar yazılar