Azad olunmuş ərazilərə qanunsuz getmək istəyən  İxtiyar Musayev və Arzu Musayev
25 fevral 2021 11:53 (UTC +04:00)

Azad olunmuş ərazilərə qanunsuz getmək istəyən İxtiyar Musayev və Arzu Musayev

Suqovuşana getmək istəyən üç nəfər tutuldu

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, fevralın 23-də axşam saat 11 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad olunmuş Suqovuşan kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyənləri saxlayıbllar.

Araşdırmalarla onların Kəlbəcər rayon sakini Turan Həsənli, Bərdə rayon sakini İxtiyar Musayev və Gəncə şəhər sakini Arzu Musayev olmaları müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308
avatar

Mehman Nəbiyev

Oxşar yazılar