Moskvada polis iki süpürgəçini yaşayış binalarından birinin zirzəmisində 9 kiloqram narkotik maddə saxladığına görə tutub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 3-cü Myakininskaya küçəsindəki evlərdən birinin arxa otağında içərisində doqquz kiloqramdan artıq heroin olan üç bağlama olan iki çanta aşkar ediblər. Polis 35 yaşlı və 37 yaşlı kişini qadağan olunmuş maddələr saxlamaqda şübhəli bilinərək saxlayıb. Hər ikisi xadimə işləyib.
Faktla bağlı hüquq-mühafizə orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə “Narkotik vasitələrin qanunsuz istehsalı, satışı və ya ötürülməsi” ilə cinayət işi açıb.