Süni tənəffüs cihazından ayrılan koronavirus xəstəsi ayıldı
22 noyabr 2021 08:03 (UTC +04:00)

Süni tənəffüs cihazından ayrılan koronavirus xəstəsi ayıldı

ABŞ-dakı koronavirus xəstəxanasında baş vermiş hadisə ölkə mətbuatının diqqət mərkəzindədir.

Lent.az-ın xəbərinə görə, həkimlər və övladları 1 aydır koma vəziyyətində süni tənəffüs cihazına bağlı olan qadını cihazdan ayırmaq istəyiblər.

Hər şey bundan sonra baş verib. Həkimlər cihazı söndürməyə hazırlaşarkən 70 yaşlı qadın ayılıb. Hazırda o xəstəxanada olsa da, özü nəfəs ala bilir. Həkimlər bu vəziyyəti möcüzə adlandırırlar. 

Maraqlıdır ki, qadının oğlu onun üçün bütün dəfn hazırlıqlarını da görmüş, mərasimin xərcini ödəmişdi.
 

# 1368
avatar

Oxşar yazılar