Sumqayıtda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:  araşdırma başladı - YENİLƏNİB
16 avqust 2023 19:49 (UTC +04:00)

Sumqayıtda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: araşdırma başladı - YENİLƏNİB

Avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***
Saat: 15:37

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən 9 nəfəri abulator müalicə üçün evə buraxılıb.

Bu barədə Lent.az-ın  sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 3 nəfərin isə terapiya şöbəsində müalicəsi davam etdirilir: "Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur və bu gün onlar da evə buraxılacaq".

12.57

***

12:45

Sumqayıtdakı kütləvi zəhərlənmə ilə bağlı rəsmi açıqlama yayılıb. 

Lent.az-a daxil olan açıqlamada bildirilir ki, TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.

Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər.

Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur.

***

saat 12:21

Sumqayıtda kütləvi zəhərlənmə olub. 

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən qapı-pəncərə sexində qeydə alınıb. 

Oradan 12 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. 

İlkin məlumata görə, onlar bit-birə dərmanından zəhərləniblər. 

Araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11874
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar