Sumqayıtda 43 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
Birləşmiş məhəllə sakini İsmayılov Firdövsi Ələkbər oğlu tanışının evində narkotik vasitənin təsirindən ölüb.
Faktla bağlı araşdırma aparılır.