Sumqayıtda binadan yıxılan qız sağ qalıb.
Lent.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Aytac Mahir qızı Hüseynova yaşadığı “Baxça Saray” yaşayış kompleksindəki evin 4-cü mərtəbəsindəki eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş A.Hüseynovanın vəziyyəti orta-ağırdır.
Araşdırmalar aparılır.