26 aprel 2021 18:08 (UTC +04:00)

Sumqayıtda beşmərtəbəli binada yanğın

Sumqayıtda beşmərtəbəli binada yanğın olub.

Lent.az FHN-ə istinadla bildirir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin pəncərə çərçivələri və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 813
avatar

Mehman Nəbiyev

Oxşar yazılar