Rusiyanın Moskva şəhərində özünü polis rəisi kimi təqdim edən azərbaycanlı saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Azərbaycan vətəndaşı Marat M. sovet milisi formasında gəzərək, özünü SSRİ Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisi kimi təqdim edirmiş. O, həmçinin insanlara saxta vəsiqə və SSRİ vətəndaşı pasportu göstərirmiş.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci hissəsi (RF-ə giriş və ya qalma qaydalarının pozulması) üzrə protokol tərtib edilib. Hazırda Marat M. xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində yerləşdirilib. Yaxın vaxtlarda onun məcburi şəkildə vətəninə qaytarılması gözlənilir.