Son bir həftədə BDU-nun 5-ci müəllimi öldü - FOTO
14 noyabr 2021 12:22 (UTC +04:00)

Son bir həftədə BDU-nun 5-ci müəllimi öldü - FOTO

0

Bakı Dövlət Universitetinin daha bir müəllimi vəfat edib. 

Lent.az-ın məlumatına görə, universitetin Filologiya fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Şölə Mövsüm qızı Şirəliyeva 76 yaşında dünyasını dəyişib.  

Ş.Şirəliyeva 1968-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 

Qeyd edək ki, son bir həftədə Bakı Dövlət Universitetinin daha 4 müəllimi dünyasını dəyişib. Onlar universitetin Filologiya fakültəsinin İngilis dili kafedrasının dosenti Tamilla Qurbanova, Kimya fakültəsinin professoru Məhərrəm Məhərrəmov, Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Aşur Əliyev və Filologiya fakültəsinin professoru Nizami Xəlilovdur. 

Şölə Şirəliyeva

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8960

Oxşar yazılar