Balta ilə anasını 110, nənəsini 6 hissə parçalayıb.
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, hadisə Zonquldağın Devrek rayonunda baş verib. Qətl zamanı şer oxuyan Rabiə Çataklı anasını 110, nənəsini isə 6 yerə parçaladığı məlum olub. O, ana və nənəsini yatdıqları yerdə bıçaqladıqdan meyitlərdən parçalar kəsərək pəncərədən atıb. Çataklının küçəyə atdığı bədən hissələri polis tərəfindən toplanılıb.
Əlində balta ilə hadisə yerində yaxalanan Rabia Çataklı həbs edilib. Psixoloji vəziyyətinin müayinəsi üçün xəstəxanaya aparılan Çataklının orada müayinə zamanı öz barmağını dişləyərək udduğu öyrənilib.
Fakt araşdırılır.